"İnter" Avroliqaya qələbə ilə başladı

"İnter" Avroliqaya qələbə ilə başladı
ÖLKƏ FUTBOLU 3 İyul 2014 / 23:48 20317
-  A +

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin növbəti oyunları keçirilir.

Qol.Az-ın məlumatına görə, Premyer Liqanın gümüş mükafatçısı Bakının "İnter" klubu Moldovada "Tiraspol"un qonağı olub.

İlk oyunu səfərdə keçirəcək Kaxaber Sxadadzenin komandası bu görüşdən sərfəli nəticə ilə ayrılmağa çalışacaqdı.  Qarşılaşma "İnter"in 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.



 

3 iyul

Avropa Liqası, I təsnifat mərhələsinin ilk oyunu

22:00. "Tiraspol" (Moldova) – "İnter" (Azərbaycan) - 2:3
Baş hakim: Ante Vuçemiloviç (Xorvatiya)
Tiraspol. “Şerif” İdman Kompleksinin stadionu
Qollar: Baçana Sxadadze, 8-pen (0:1), Elvin Məmmədov, 10 (0:2), Novikov, 71-avtoqol (0:3), 78 (1:3), Karaneyçev, 88 (2:3)

"Tiraspol": Georgiev (k), Barroso, Novikov, Japaridze, Sudorenko, Zariçnyuk, Şapoval, Rata, Ademar, Molla, Boqhiu

"İnter": Giorgi Lomaya, Laşa Salukvadze, Aleksandre Amisulaşvili, Yohan Bokonyano, Matiya Şpiçiç, Slavço Georgievski, Aqil Məmmədov (k), Arif Daşdəmirov, Mesa Colli, Elvin Məmmədov, Baçana Sxadadze

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner