Kamerun millisi dünya çempionatının təşkil olunacağı Braziliyaya yollanıb.
Qol.Az-ın məlumatına görə, komandanın ulduz futbolçusu Samuel Eto'O "tvitter" sosial şəbəkəsindəki səhifəsində getdikləri şəhərin hava limanından fotosunu paylaşıb.
Daha öncə Afrika təmsilçisinin Braziliyaya getməyəcəyi iddia olunurdu. Buna millinin futbolçuları ilə yerli federasiya arasında dünya çempionatında qazanılacaq uğurlara görə veriləcək mükafatın məbləği məsələsində fikir ayrılığının yaranması səbəb olmuşdu. Lakin tərəflər arasında razılıq əldə olunub və Kamerun yığması mundialda iştirak etmək qərarı alıb.
Qeyd edək ki, Kamerun millisi A qrupunda Braziliya, Xorvatiya və Meskika yığmaları ilə mübarizə aparacaq.
Yuxarı
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı