Klinsmann: "Azərbaycanla oyun asan olmadı"

Klinsmann: "Azərbaycanla oyun asan olmadı"
ÖLKƏ FUTBOLU 28 May 2014 / 10:20 3636
-  A +

"Komandama və rəqibə yaxşı oyuna görə təşəkkür edirəm. Dünya çempionatına hazırlıq çərçivəsində bu, bizim ilk oyunumuz idi və nəticədən razıyam".

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmann yığmamızla oyundan sonra (2:0) deyib.

Almaniyalı mütəxəssis millimizlə görüşün asan keçmədiyini bildirib: "Azərbaycan millisi müdafiəyə meyilli oynadığı üçün işimiz o qədər də asan olmadı. Əvəzetmələr oyunumuza müsbət təsir göstərdi. Bu qarşılaşma komandamızın kifayət qədər səbirli olduğunu və çətinliklər zamanı təşvişə düşmədiyini göstərdi. Azərbaycan milli komandasına belə böyük məsafə qət edərək buraya gəldiyi üçün təşəkkür edirəm. Onlar da, biz də bu oyunun baş tutması üçün əlimizdən gələni etdik”.

Daha çox


Son xəbərlər