Vobay "Neftçi"yə qayıdır

Vobay "Neftçi"yə qayıdır
ÖLKƏ FUTBOLU 27 May 2014 / 14:38 5268
-  A +

"Neftçi" icarə əsasənda Birləşmiş Ərəb Əmirliklərinin "Əl Şaab" klubunda çıxış edən futbolçusu Julius Vobayı komandaya qaytarır.

Qol.Az saytına açıqlamasında bu barədə klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib.

Onun sözlərinə görə, afrikalı yarımmüdafiəçi iyun ayında "Neftçi"nin düşərgəsində olacaq və komanda ilə birgə Avroliqa oyunlarına hazırlaşacaq.

Klub rəsmisi həmçinin icarə əsasında  "Araz Naxçıvan"da çıxış edən qapıçı Emil Balayevin və "Simurq"da forma geyən yarımmüdafiəçi Nicat Qurbanovun "Neftçi"yə qayıtdığını bildirib:

"Neftçi"  hər zaman gənc yerli futbolçulara üstünlük verib. Bildiyiniz kimi, legionerlərimizin bir çoxunun müqaviləsi başa çatır. Onlardan bəziləri ilə yolları ayırmışıq. Bizə bir bir mövsüm lazımdır ki, gənclərdən ibarət komandamızı formalaşdıraq".

Daha çox


Son xəbərlər