"ABŞ-la oyundan sonra çox şeyə aydınlıq gələcək"

"ABŞ-la oyundan sonra çox şeyə aydınlıq gələcək"
ÖLKƏ FUTBOLU 26 May 2014 / 19:01 3626
-  A +

"Milli komandamızın "Avro-2016"nın seçmə mərhələsində qazanacağı nəticə bu ərəfələrdə keçirdiyi yoldaşlıq görüşlərindən asılıdır. İlk oyunumuzun ABŞ yığması ilə keçirilməsi yaxşı haldır. Çünki bütün mənfi cəhətlərimizi görə biləcəyik və lazımi nəticələr çıxaracağıq".

Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın tanınmış futbol mütəxəssisi Şahin Diniyev yığmamızın mayın 28-də ABŞ  millisi ilə keçirəcəyi yoldaşlıq oyunu haqda danışarkən deyib.

Milli komandamızın sabiq baş məşqçisi yığmamızın ABŞ-la görüşünü əvvəlki yoxlama oyunlarından daha faydalı hesab etdiyini bildirib:
"Bu qarşılaşmadan sonra çox şeyə aydınlıq gələcək. İtaliya və Xorvatiya kimi komandalara qarşı oyunlarda hansı nəticələr qazanacağımızı təxmin edəcəyik. ABŞ millisi rəqib kimi düzgün seçilib. Bu görüşün komandamıza böyük xeyri dəyəcək. Çünki rəqibimiz həm ustalıq cəhətdən, həm də sürət baxımından bizi qabaqlayır. Çatışmazlıqlarımızın hamısını biləcəyik. Buna qədər isə zəif komandalarla yoldaşlıq oyunu keçirdiyimizdən boşluqları aşkar edə bilmirdik".

Xatırladaq ki, ABŞ-Azərbaycan oyunu yerli vaxtla saat 19:00-da, Bakı vaxtı ilə  07:00-da başlayacaq və  televiziya vasitəsi ilə canlı yayımlanacaq. Ş.Diniyev qeyd edib ki, qarşılaşma əlverişsiz vaxtda başlasa da, oyunu izləyəcək:  "Milli komandamızın oyununa niyə də baxmayaq?  ABŞ yığmasının çıxışını da izləmək maraqlı olardı. Bütün oyunlara baxmaq lazımdır".  

Daha çox


Son xəbərlər