“Hazırlığımız proqram üzrə davam edir. Oyuna ciddi hazırlaşırıq. Bizim üçün vacib qarşılaşmadır. Qarşıda bizi Avropa çempionatının seçmə mərhələsi gözləyir. ABŞ yığmasıyla oyun, ola bilsin, Bolqarıstan millisi ilə görüş öncəsi son yoxlama matçı oldu. Hərçənd avqust ayında da yoldaşlıq görüşündə qüvvəmizi sınaya bilərik".
Qol.Az-ın məlumatına görə, bu sözləri millimizin futbolçusu Rəşad Sadıqov ABŞ millisi ilə yoldaşlıq oyunu öncəsi AFFA-nın rəsmi saytına açıqlamasında deyib.
O, mövsümün sonu olduğu üçün komandadakı yorğunluğu normal hesab edib: "Vaxtımız çox azdır. Düzdür, klub səviyyəsində məşqlər etsək də, milli komandanın düşərgəsinə 2-3 aydan bir gəlirik. Ona görə də ABŞ millisi ilə oyuna ciddi yanaşırıq. Çalışacağıq ki, yaxşı oyunla yanaşı uğurlu nəticə əldə edək. Uzaq yol qət etməyimizə baxmayaraq, komandada əhval-ruhiyyə pis deyil. Mövsümün sonudur deyə, müəyyən yorğunluğun olması təbiidir. Baş məşqçi Berti Foqtsun rəhbərliyi altında maraqlı və şən məşqlər keçirik. O, bizim yaxşı əhval-ruhiyyədə olmağımız üçün çalışır. Təbii ki, əsas diqqətimizi oyuna yönəltmişik. Yaxşı nəticə əldə etsək, əhvalımız daha da yaxşı olacaq".
R.Sadıqov bildirib ki, onlar üçün ən böyük problem saat fərqinin olmasıdır. Təcrübəli futbolçu matç gününə qədər tam yaxşı formada olacaqlarını deyib: "ABŞ yığmasının bizə qarşı hansı heyətlə oynayacağını bilmirik. Dünya çempionatı öncəsi onların 3-4 yoxlama görüşləri olacaq. Meydana hansı futbolçunun çıxmasından asılı olmayaraq, gərgin mübarizə gedəcək. Dünya çempionatı ərəfəsində hər bir futbolçu baş məşqçinin etimadığını qazanmaq üçün çalışacaq. Bizim üçün ən böyük problem saat fərqinin olmasıdır. Zənnimcə, oyun gününədək uyğunlaşma prosesini aradan qaldırıb, oyuna tam yaxşı formada çıxacağıq”.
Qeyd edək ki, ABŞ-Azərbaycan görüşü mayın 27-də, San-Fransisko şəhərindəki "Candlestick Park" stadionunda, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 28 may, saat 07:00) başlayacaq.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı