"Kubok elə bizim olmalı idi"

"Kubok elə bizim olmalı idi"
ÖLKƏ FUTBOLU 23 May 2014 / 17:15 2924
-  A +

"Nəticə mən fikirləşdiyim kimi oldu. Doğrudan da kubok elə bizim olmalı idi. Çünki çempionluğu əldən vermişdik".

Qol.Az saytına açıqlamasında bu sözləri "Neftçi" klubunun futbolçusu Cavid İmamverdiyev ölkə kubokunu qazandıqları oyundan sonra deyib.

"Qəbələ"yə penaltilər seriyasında qalib gəldikləri qarşılaşmanı şərh edən gənc yarımmüdafiəçi qələbəyə layiq olduqlarını bildirib: "Əziyyət çəkdik və kuboku qazandıq. Əslində görüşün əsas vaxtında məsələni həll etməli idik. Öz səhvimizdən oyun penaltilərə qədər uzandı. "Qəbələ" də yaxşı mübarizə apardı. Onlara Avroliqada uğurlar arzu edirəm. Qələbəni isə azarkeşlərimizə həsr edirik".

C.İmamverdiyev çempionatı medalsız başa vurmalarını da xatırladıb. O, qazanılan kubokun həmin uğursuzluğu sığortaladığını vurğulayıb: "Düşünürəm ki, kuboku qazanmaqla çempionatdakı uğursuzluğu unutdurduq. "Neftçi" hər mövsüm titul qazanmağa layiqdir. Kuboku əldə etməsəydik, mövsümü bizə yaraşmayan bir nəticə ilə bitirərdik".  

Daha çox


Son xəbərlər