"Klubla müqaviləm başa çatıb. Yeni anlaşma da imzalamamışam. Hazırda təkliflər var və onları dəyərləndirirəm”. Bunu "Qəbələ”nin futbolçusu Dodo deyib.
27 yaşlı yarımmüdafiəçi karyerasını İspaniyada davam etdirmək istədiyini bildirib: "Çox ehtimal ki, İspaniyaya gedəcəyəm. Ad çəkmək istəmirəm, amma Bakı klublarından da təkliflər almışam. Mənim fikirim İspaniyaya getməkdir. "Qəbələ” rəhbərliyi ilə də danışıqlarımız oldu, amma mən istəmədim. Onlarla aramda heç bir problemim yoxdur. Sadəcə olaraq, burada gözəl günlərim oldu və indi də karyeramı başqa ölkədə davam etdirmək istəyirəm”.
Braziliyalı legioner Qəbələ təmsilçisinin bu il göstərdiyi nəticələri uğurlu hesab etdiyini də vurğulayıb: "Mən bu mövsüm olanları "Qəbələ” adına uğur sayıram. Çünki yeni olmağımıza baxmayaraq, çox şey bacardıq. Çempionatı üçüncü pillədə başa vurduq, Avropa Liqasına vəsiqə qazandıq və Azərbaycan Kubokunda finala çıxdıq. Çox istədik, çox çalışdıq ki, kuboku da qazanaq, amma alınmadı. Yenə də çox xoşbəxtəm”.
Qeyd edək ki, Dododan əlavə, daha bir braziliyalı yarımmüdafiəçi Lurival Assis də "Qəbələ"dən ayrıldığını açıqlayıb.
Mənbə: sportnet.az
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər