Böyükağa Hacıyev: "Qorxaq məşqçi uğur qazana bilməz"

Böyükağa Hacıyev: "Qorxaq məşqçi uğur qazana bilməz"
ÖLKƏ FUTBOLU 23 May 2014 / 01:12 3865
-  A +

"Əsl final oyunu oldu. Çox gərgin oyun keçdi. “Qəbələ” güclü komandadır. Oyundan öncə də qeyd etmişdim ki, Azərbaycanda iki titul var – çempionluq və kubok. Çempion ola bilmədik, amma kuboku qazandıq. Komandamı təbrik edirəm".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev "Qəbələ" ilə kubok matçından sonra keçirilən mətbuat konfransında deyib.

B.Hacıyev komandanın baş məşqçi vəzifəsində qalıb-qalmayacağına da aydınlıq gətirib: "Mövsüm sonunda klubla müqaviləm başa çatır. Klubun prezidenti Sadıq Sadıqovla görüşəcəyik. Qalmağımı istəsə, qalacam, getməyimi istəsə, gedəcəm. Heç zaman qorxmamışam. Qorxaq məşqçi uğur qazana bilməz. Müvəffəqiyyət qazanmaq üçün risk etmək lazımdır. Bu gün Məqsəd İsayev Mahir Şükürovu, Samir Məsimov da Araz Abdullayevi layiqincə əvəzlədi. Onlar istədiyim kimi çıxış etdilər. Mahir artıq dağın zirvəsini görmüş adamdır. O zirvədən aşağı düşür yavaş-yavaş.
 
Məqsəd isə hələ o zirvəyə qalxmayıb. Onun məqsədi yuxarılara getməkdir. Mənə komandada heç kim etiraz edə bilməz. Komanda işçi briqada kimidir, mən də onların rəhbəriyəm. Erik Ramos Rəşad Sadiqov əvəzlənərkən meydanın mərkəzində tək qalmışdı. Ona görə bir az pis oldu. Mən də dedim ki, narahat olma. İndi ora futbolçu göndərəcəm. Cavid İmamverdiyevlə Denis Silvanı əvəzləyərkən hesabı qorumağı düşünürdüm. Çünki Syomin buraxılan qoldan sonra üç hücumçu ilə oynamağa başladı. Mən də onun taktikasına uyğun olaraq meydana Denis Silvanı buraxıb mərkəzi gücləndirdim”.

Qeyd edək ki, ölkə kubokunun finalında "Qəbələ"yə penaltilər seriyasında qalib gələn (3:2) "Neftçi" 6-cı dəfə fəxri mükafata sahib çıxıb.

Daha çox


Son xəbərlər