“Komandamız tarixində ilk dəfə kubokun finalına yüksəlib. Bu, “Qəbələ” ilə yanaşı mənim üçün də çox önəmlidir. Çünki mən də karyeramda ilk dəfə kubokun finalında oynayacam”.
Qol.Az saytına açıqlamasında bu sözləri “Qəbələ” klubunun müdafiəçisi Ruslan Tağızadə bu gün ölkə kubokunun finalında “Neftçi” ilə keçirəcəkləri oyun haqda danışarkən deyib.
O, “Neftçi”ni oyunun favoriti sayanlarla razılaşmadığını bildirib: “Neftçi” bizə çətinlik yarada biləcək komandadır. Ancaq rəqibimiz favorit deyil. Bunu düşünənlər yanılır. Kimlərsə bizim kubok oyununda təcrübəmizin olmadığını deyir. Məncə, bugünkü oyunda komandalara təcrübədən daha çox istək lazımdır. Meydanda əzmkarlıq göstərən, daha mübariz komanda qalib gələcək. “Neftçi”ni favorit sayanlarla razı deyiləm. Kənar bir şəxs kimi hər iki komandaya diqqət etsəm, “Neftçi”nin “Qəbələ”dən heç bir üstünlüyünü deyə bilmərəm”.
Gənc futbolçu azarkeşlərdən dəstək istəyib. O bugünkü görüşün Bakıda keçirilməsinə baxmayaraq çoxsaylı “Qəbələ” azarkeşi qarşısında oynayacaqlarına şübhə etmədiyini deyib: “Qəbələ” bu mövsüm həm də ilk dəfə olaraq bürünc medalları qazandı. Bu da qürurverici hisdir. Ancaq bununla qane olmuruq. Əlimizə yaxşı fürsət düşüb. İstəyirik ki, kuboku qazanmaqla azarkeşlərə ikiqat sevinc bəxş edək. Bunun üçün də azarkeşlərimiz bizi tək qoymamalıdır. Bilirəm ki, minlərlə insan bizi dəstəkləmək üçün Qəbələdən Bakıya gəlib”.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər