“Neftçi” klubunun və U-19 millimizin sabiq baş məşqçisi Arif Əsədov Azərbaycan kubokunun bu gün keçiriləcək final görüşü haqda fikirlərini bildirib.
Qol.Az saytına açıqlamasında o, “Qəbələ” – “Neftçi” duelinin gərgin olacağını deyib:
“Hər iki komandanın kuboka çox iddialı olduğunu görürük. “Qəbələ” tarixində ilk dəfə finala yüksəlir. “Neftçi” isə bu mövsüm titul qazanmayıb. Bu baxımdan oyunun necə gərgin keçəcəyini təsəvvür etmək çətin deyil. Kubok oyunları elədir ki, əvvəlcədən proqnoz vermək olmur. Hətta birinci divizion təmsilçisi belə iddialı hesab etdiyimiz komandanı məğlub edib, kuboku qazana bilər. Məncə, şanslar tam bərabərdir”.
Veteran futbolçu sabiq komandasının rəqibindən üstün cəhətlərini göstərib: “Neftçi”nin formalaşmış bir kollektivi var. Komanda daha yaxşı komplektləşib. Həm də öz oyun sistemi var. “Qəbələ” isə daha çox fərdi oyuna üstünlük verir. “Neftçi” ilə “Qəbələ”nin fərqi budur”.
Psixoloji baxımdan hər iki komandanın eyni vəziyyətdə olduğunu deyən A.Əsədov oyunun nəticəsinin baş məşqçinin seçdiyi taktikadan asılı olduğunu qeyd edib: “Futbolçular hansı oyuna çıxdığını yaxşı dərk edirlər. Burada baş məşqçinin taktiki sistemi daha böyük rol oynayacaq. Oyunun hər bir dəqiqəsində komandalar müxtəlif durumda ola bilər. Həmin vəziyyətlərdə düzgün addım atan komanda kuboku qazanacaq”.
A.Əsədov “Neftçi”nin çempionatı medalsız başa vurmasına da toxunub: “Doğrudan da ardıcıl üç il çempion olduqdan sonra “Neftçi” üçün ikinci və üçüncü yer uğur sayılmamalıdır. Son turda “Simurq”la oyunda da gördük ki, “Neftçi” gücünü kubokun finalına saxlayır. Məncə, bu da düzgün strategiyadır”.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər