Bu gün keçirilən Azərbaycan kubokunun final matçı ilə mövsümə yekun vurulub.
Qol.Az-ın məlumatına görə, həlledici görüşdə "Qəbələ" və "Neftçi" klubları üz-üzə gəlib.
Bu komandalar kubokun finalında ilk dəfə üz-üzə gəliblər. "Neftçi" indiyədək 8 dəfə final oynadığı halda, "Qəbələ" klubu ilk dəfə bu hüquqa yiyələnib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda əsas vaxt 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda da hesab dəyişmədiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. "Neftçi" bu seriyada daha dəqiq oynayaraq Azərbaycan kubokunun sahibi olub.
Qeyd edək ki, hər iki klub yeni mövsümdən ölkəmizi Avropa Liqasında təmsil edəcək.
22 may
Azərbaycan kuboku, final
20:00. "Qəbələ" - "Neftçi" - 1:1 (penaltilər seriyası - 2:3)
Qollar: Samir Məsimov, 52 (0:1), Marat İzmayılov, 72 (1:1)
24 may
Tofiq Bəhramov adına Respublika stadionu. 22000 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Namiq Hüseynov
Dördüncü hakim: Rauf Cabbarov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ömər Paşayev
Sarı vərəqələr: Davronjon Erqaşev, 19 (qeyri-idman hərəkəti); Rafael Santos, 32 (sistematik qayda pozuntusu); Rail Məlikov, 70 (qeyri-idman hərəkəti); Ruslan Tağızadə, 97 (qeyri-idman hərəkəti) // Erik Ramos, 54 (qeyri-idman hərəkəti); Elvin Yunuszadə, 60 (qeyri-idman hərəkəti); Cavid İmamverdiyev, 62 (qeyri-idman hərəkəti); Karlos Kardoso, 108 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.
“Qəbələ”: 1. Kamran Ağayev (k), 2. Rail Məlikov, 7. Marat İzmaylov, 8. Nizami Hacıyev, 9. Viktor Mendi (19. Abdulvahid Afolabi, 108), 10. Luis Hilario, 14. Lorenzo Ebesilio (22. Lourival Assis, 118), 16. Ruslan Tağızadə, 18. İbrahima Niasse, 44. Rafael Santos, 46. Davronjon Erqaşev (31. Daniel Subotiç, 57)
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 42. Leonardo da Silva, 45. Murad Musayev, 88. Müşfiq Teymurov
“Neftçi”: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 6. Rəşad Sadiqov (k) (23. Ruslan Qurbanov, 86), 9. Flavio Aleks Valensio, 10. Cavid İmamverdiyev (3. Denis Silva, 65), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 21. Samir Məsimov (8. Elşən Abdullayev, 95), 27. Məqsəd İsayev, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor
Ehtiyat oyunçular: 1. Pavels Doroşevs, 5. İqor Mitreski, 14. Bahadır Nəsimov, 19. Mirhüseyn Seyidov
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər