Azərbaycanın tanınmış futbol mütəxəssisi Yunis Hüseynov Qol.Az saytına müsahibəsində Premyer Liqamızda 2013/14 mövsümünün yekunları və ölkə kubokunun sabah “Neftçi” və “Qəbələ” arasında keçiriləcək final görüşündən danşıb.
- İlk növbədə Avrokuboklara vəsiqə qazanan komandalarımızı təbrik edirəm. Onlara Avropa oyunlarında uğurlar arzulayıram. Çempionata gəldikdə isə hər hansı təəccübləndirici bir şey görmədim. Əvvəlki illərdən fərqlənmədi. Məni təəssüfləndirən “Rəvan”ın elitanı tərk etməsi oldu. Sponsorları futboldan uzaqlaşdırmamalıyıq. Əksinə, yeni sponsorlar tapmaq lazımdır. “Rəvan” birinci divizionda oynasa, heç vaxt Premyer Liqaya qayıtmayacaq. Bunun üçün onlarda əhval-ruhiyə olmayacaq. Bununla da “Rəvan” öz sponsorunu itirəcək. Çox istərdim ki, daha çox komanda güclülər dəstəsində mübarizə aparsın. Nə vaxta qədər ki, rayonlarımızda futbol olmayacaq, inkişafdan danışa bilməyəcəyik.
- Mövsümün sonuna yaxın, “Sumqayıt” autsayder olarkən müsahibənizdə bildrimişdiniz ki, “Sumqayıt”ın elitanı tərk etməyinə imkan verməzlər...
- Bəli, eləcə də “Rəvan”ı Premyer Liqada saxlamaq olardı. Razıyam, “Rəvan” sonuncu pilləni tutduğuna görə aşağı liqaya düşməli idi. Ancaq müəyyən vəsaitə malik olan komandalarımız birinci diviziona düşəndə klubun sponsorları da komandaya dəstək olmur.
- “Rəvan” klubunun rəhbərliyi həvəsdən düşmədiklərini və növbəti mövsümdə mütləq elitaya qayıdacaqlarını bəyan edib.
- Sözdü də deyirlər... “Kəpəz” və “Turan” rəhbərliyi də elə deyirdi. Nə oldu? İndi nə “Kəpəz”, nə də “Turan” var.
- “Qarabağ”ın çempionluğu haqda nə deyə bilərsiniz?
- “Qarabağ” bütün mövsüm ərzində yaxşı mübarizə apardı, çempionluğa layiq oynadı. Komandanın bütün futbolçularını və məşqçilərini təbrik edirəm. İndi “Qarabağ”ın üzərinə böyük bir yük düşür - Çempionlar Liqasında uğurlu çıxış etmək. Məncə, bu, mümkündür. Futbolda hər cür nəticələr qeydə alınır.
- Sabiq komandanız “Xəzər Lənkəran” isə baş məşqçi dəyişikliklərindən başqa heç nə ilə yadda qalmadı.
- Həmişə istəmişəm ki, “Xəzər Lənkəran” yaxşı yer tutsun. Qeyd etdiyiniz kimi bir neçə dəfə baş məşqçi dəyişikliyi olduğu üçün komanda stabil çıxış edə bilmədi. Bizim əlimizdən nə gəlir ki? Ancaq yeni gələn baş məşqçilərə uğurlar arzu edə bilərik. Mətbuatdan oxumuşam ki, bütün azarkeşlər Mirça Redniki istəyir. Onlar bunun üçün klubun sahibi Mübariz Mənsimova məktub yazıblar. Mübariz Mənsimovla Mais Mənsimovu da futboldan iyrəndirmək lazım deyil. Qoy, onların da futbola həvəsi qalsın.
- Sabah ölkə kubokunun finalında “Neftçi” və “Qəbələ” komandaları üz-üzə gələcək. Bu görüş haqda nə düşünürsünz?
- “Neftçi” bir neçə dəfə çempion olub və kuboku qazanıb. “Qəbələ” isə ilk dəfədir ki, kubokun finalına yüksəlir. Bununla belə, sabah hər iki komanda çox istəkli olacaq. “Qəbələ”də motivasiya daha çox olmalıdır. Ancaq düşünürəm ki, “Neftçi” qalib gələcək.
Ramiq AĞAMƏMMƏDOV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı