"Levante" - "Atletiko" matçında qalmaqal (VİDEO)

VİDEO 5 May 2014 / 13:26 1968
-  A +

İspaniya La Liqasının 36-cı turu çərçivəsində keçirilən "Levante" - "Atletiko" (Madrid) oyunu (2:0) qalmaqalla yadda qalıb. Qol.Az-ın məlumatına görə, matçın sonlarına doğru künc zərbəsini yerinə yetirmək üçün gedən meydan sahiblərinin qaradərili futbolçusu Diopun qəfildən Afrikaya məxsus rəqs etməsi görənləri təəccübləndirib. "Atletiko"lu futbolçular rəqibin vaxt uzatdığını əsas gətirərək oyunçuya etirazlarını bildiriblər. Lakin matçdan sonra danışan Diop "Atletiko"lu fanatların meymun səsi çıxardığını və onun da bu hərəkətə oynamaqla qarşılıq verdiyini deyib.


Daha çox


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?