Qurban Qurbanov: "Bakı"nın futbolçuları vaxt uzadırdı"

Qurban Qurbanov: "Bakı"nın futbolçuları vaxt uzadırdı"
GÜNDƏM 2 May 2014 / 18:04 3372
-  A +

"Qələbə qazanmağı çox istəyirdik, təəssüf ki, alınmadı. Komandanın göstərdiyi oyundan razı qaldım".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Bakı" ilə oyundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib.

Q.Qurbanov havanın isti olmasının komandasının oyununa təsirsiz ötüşmədiyini bildirib: "Oyunun sonlarında sürəti artıra bilsəydik, nəticə başqa cür olardı. Havanın isti olması da oyunumuza təsir etdi. “Bakı” avrokuboklar uğrunda mübarizə aparır, lakin futbolçuları yerə yıxılıb vaxt uzadırdı. Rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıran. Biz isə öz oyunlarımızı fikirləşəcəyik”.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır