Arda: "Çempion olsaq, "Qalatasaray"ın deyil, Türkiyənin bayrağını dalğalandıracam"

Arda: "Çempion olsaq, "Qalatasaray"ın deyil, Türkiyənin bayrağını dalğalandıracam"
GÜNDƏM 1 May 2014 / 21:45 3040
-  A +

"Atletiko"nun futbolçusu Arda Turan Madrid klubu Çempionlar Liqasını qazanacağı təqdirdə, "Qalatasaray"ın bayrağını dalğalandırmayacaq.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, türk yarımmüdafiəçi belə hərəkət edəcəyi ilə bağlı açıqlama vermədiyini deyib.

A.Turan bildirib ki, finalda qalib gəlsələr, Türkiyə bayrağını dalğalandıracaq:

"Qalatasaray" böyük hörmətim var. Avropada final oynamış bir klubdur. "Cim-Bom"un başqa komandanın uğuru zamanı bayrağının nümayiş olunmasına ehtiyac yoxdur. Ancaq ÇL-i qazansaq, Türkiyə bayrağı dalğalandıracam".

Qeyd edək ki, "Atletiko" finalda "Rea"la qarşılaşacaq.

Daha çox


Son xəbərlər