"Bakı"nın futbolçusu hakimə kəllə vurdu (VİDEO)
Azərbaycan Premyer Liqasın;n 31-ci turunda baş tutan "Bakı" - "İnter" matçında (0:4) xoşagəlməz hadisə baş verib.
Qol.Az-n xəbərinə görə, görüşün 72-ci dəqiqəsində kobud oyuna görə, sarı vərəqə ilə cazalandırılan meydan sahiblərinin müdafiəçisi Araujo Santos hakimin qərarına kəskin şəkildə etiraz edib. Baş hakim Rəhim Həsənov isə ona bu etirazına görə qırmızı vərəqə göstərib. Əsəblərini cilovlaya bilməyən braziliyalı futbolçu Rəhim Həsənova kəllə vurub.