Yuri Syomin: "Bu, futbolda nadir rast gəlinən haldır"

Yuri Syomin: "Bu, futbolda nadir rast gəlinən haldır"
GÜNDƏM 16 Aprel 2014 / 18:46 4040
-  A +

"Qarşıda hələ cavab oyunumuz var. Bu gün isə çox yaxşı nəticə əldə etdik. Oyunun müəyyən hissələrində çox yaxşı oynadıq. Xüsusən də qol vurduğumuz epizodlarda. Qarşıdakı cavab oyununa da ciddi yanaşmalıyıq".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdityi məlumata görə, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin "Xəzər Lənkəran"la kubok matçından (3:0) sonra keçirilən mətbuat konfransında deyib. 

Rusiyalı mütəxəssis komandasının ilk hissə ilə müqayisədə ikinci yarıda daha yaxşı təsir bağışladığını bildirib: "Artıq çempionatdakı oyunumuza hazırlaşacağıq. “Qarabağ”la kubok oyunundan sonra 4 müdafiəçimiz zədələndi. Bu, futbolda nadir rast gəlinən hallardan biridir. Ardıcıl məğlub olduğumuz oyunlar oldu. Lakin biz işimizi davam etdirdik, vəziyyəti düzəldəcəyimizə inanırdıq.

Komanda məşqlərini davam etdirirdi, futbolçularıma bu baxımdan iradım yoxdur. Psixoloji cəhətdən isə vəziyyətimiz yaxşı deyildi. Azarkeşlərimizə üzümü tutub deyirəm ki, səbrli olsunlar və qalib gələndə də, məğlub olanda da bizi dəstəkləsinlər. İlk hissədə müdafiədə dəqiq oynadıq, lakin hücumda oyunumuz alınmırdı. İkinci hissədə isə həm müdafiədə, həm də hücumda oyunumuz yaxşı alındı”.

Daha çox


Son xəbərlər