Çempionlar Liqasında bütün yarımfinalçılar müəyyənləşdi

Çempionlar Liqasında bütün yarımfinalçılar müəyyənləşdi
GÜNDƏM 10 Aprel 2014 / 01:57 3722
-  A +

Az öncə başa çatan iki oyundan sonra Çempionlar Liqasının bütün yarımfinalçıları müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, 4 komandadan ikisi İspaniyanı, biri İngiltərəni, digəri isə Almaniyanı təmsil edir.

Turnirin 1/4 finalında "Atletiko" (Madrid) "Barselona"nı, "Bavariya" isə "Mançester Yunayted"i mübarizədən kənarlaşdırmaqla yarımfinala yüksəliblər. Daha öncə isə "Real" (Madrid) və "Çelsi" klubları adlarını yarımfinala yazdırmışdılar.

Beləliklə, yarımfinalda "Atletiko" (Madrid, İspaniya), "Real" (Madrid, İspaniya), "Bavariya" (Almaniya) və "Çelsi" (İngiltərə) klubları mübarizə aparacaqlar. Bu mərhələnin püşkü sabah, Bakı vaxtı ilə saat 15:00-da atılacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları 22-23 və 29-30 aprel tarixlərində keçiriləcək.

Daha çox


Son xəbərlər