"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Türkiyə superliqasında dünən baş tutan "Qalatasaray" - "Fənərbaxça" matçını (1:0) şərh edib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis qarşılaşma zamanı gərginliyin oyunun nəticəsinə də təsir etdiyini deyib:
"Matç başlamadan öncə gərginliyin psixoloji səbəblərdən olacağını zənn edirdim. Amma oyunu izləyən vaxt gördüm ki, bu gərginlik mikrob kimi bütün futbolçulara bulaşıb. Derbi tarixində hər iki komandanın oyunçularının bu qədər nəzarətsiz oynadığı matçlar az olub. "Fənərbaxça" ilə "Qalatasaray" arasında xal fərqi çox olduğu üçün bu, çempionluq oyunu deyildi. Əgər elə olsaydı, qarşılaşma daha da gərgin keçərdi".
M.Dənizli bildirib ki, "Fənərbaxça" azlıqda qalmasına baxmayaraq, "Cim-Bom" bu üstünlükdən istifadə etməyi bacarmayıb:
"Əmrə Bəlözoğlu qırmızı vərəqə ilə cəzalandırılaraq "Fənər"i azlıqda qoysa da, matçda heç nə dəyişmədi. Bunun iki səbəbi var. Birincisi, "Qalatasaray" yenə də iki hücumçu ilə oynamağa davam etdi. İkincisi, bu qırmızı vərəqə "Fənərbaxça"nın sanki lehinə oldu. Fiziki cəhətdən daha güclü olan meydan sahiblərinin oyunçuları -Topal və Meyreleş Melo və Səlçukdan daha yaxşı oyun nümayiş etdirdi. Emenike isə üç futbolçuya qarşı çıxış etdi".
Türkiyəli çalışdırıcı "Qalatasaray"ın baş məşqçisi Roberto Mançiniyə məsləhət də verib: "Qalatasaray" Aleks Tellesi daha irəlidə oynatmalıdır. O, ən yaxşı pressinq edən, ötürmələr verən oyunçulardan biridir. Bunu mütləq dəyərləndirməldirlər".
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu
Azarkeşlər etiraz etdi, transfer danışıqları dayandırıldı
“Arsenal”dan “Barselona”ya keçə bilər
“Kəpəz” - “Turan Tovuz”: Heyətlər
"Qarabağ", "Qəbələ" və "Neftçi"dən qələbə
"Mançester Siti" "Liverpul"un ulduz futbolçusu ilə razılaşdı
"Qalatasaray" Rafael Leaonun transferini açıqladı
"Fənərbaxça"dan ayrıldı, "Ayaks"a keçdi
Azərbaycan millisinin üzvü "Sampdoriya"da debüt etdi
Emiliano Martines "Çelsi"də - Rəsmi
Misli Premyer Liqasında 18 oyunun vaxtı açıqlandı
Rüfət İsraildə gözəl qol vurdu - Video
“Qarabağ”dan bu yayın 11-ci transferi - Rəsmi
"Barselona" bu futbolçunu satdı
5 qol və "Qalatasaray"ın qələbəsi - Video
"Araz-Naxçıvan"ın bütün rəqibləri bilindi
Yankoviç “Qarabağ”dan ayrılacaqmı? - Son xəbər…
"Borussiya" qalib gəldi, "Bayer" uduzdu
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze