Droqba: "Tək ayaqla olsa belə, "Fənərbaxça"ya qarşı oynayacam"

Droqba: "Tək ayaqla olsa belə, "Fənərbaxça"ya qarşı oynayacam"
GÜNDƏM 6 Aprel 2014 / 14:00 3155
-  A +

Çempionlar Liqasının 1/8 finalında "Çelsi" ilə qarşılaşmada zədələnən "Qalatasaray"ın futbolçusu Didye Droqbanın bu gün superliqada "Fənərbaxça" ilə oyunda meydana çıxa bilər.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, klubun rəsmi saytına açıqlama verən təcrübəli hücumçu oyuna hazır olduğunu deyib:

"Ağrılarım qurtarıb. Tək ayaqla olsa da, "Fənərbaxça"ya qarşı mütləq oynayacağam. Böyük oyunları sevirəm. "Fənərbaxça"ya qol vurmaq istəyirəm. Yenidən azarkeşlərin qarşısına çıxmaq üçün səbirsizlənirəm".

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" matçı bu gün yerli vaxtla 19:00-da (Bakı vaxtı ilə 21:00-da) başlayacaq.

Daha çox


Son xəbərlər