“Cari mövsümdə hələ bu cür oyun oynamamışdıq. “Neftçi”yə qarşı yüksək tempdə oynadıq, qol imkanları yaratdıq, təəssüf ki, istifadə edə bilmədik. Futbolçular çempiona qarşı yaxşı oynadılar, komanda layiqli oyun göstərdi. Buraxdığımız qol işimizi çətinləşdirir, səfərdə “Neftçi”yə qarşı oynamaq daha çətin olacaq".
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan kubokunun 1/4 finalında "Neftçi" ilə 1:1 hesablı qərabərə qaldıqları oyundan sonra deyib.
Gürcü mütəxəssis bildirib ki, "Neftçi"yə qarşı heç vaxt belə yaxşı oynamayıblar:
"Komandaya iradım yoxdur, sürətli və baxımlı oyun oynadıq. “Neftçi” ilə oyunlarda heç vaxt belə üstünlüyümüz olmayıb. Səfərdə də belə oynasaq, növbəti mərhələyə çıxmaq şansımız olacaq. Çempionatın qrafiki sıxdır, oyunun yüksək tempini saxlamaq üçün əvəzetmələr etməli idik. “Neftçi” ikinci hissədə yorulmuşdu. Mikel Alvaro və Sezar Meza Kolli çox iş gördü. Əvəzetmələri düzgün etdiyimizi düşünürəm. İaşvili fərdi oyunu ilə “Neftçi”yə təzyiqi artırmağa kömək etdi. Baçananı bir az daha tez meydana buraxa bilərdik. Hesabda geri düşdükdən sonra iki hücumçu ilə oynadıq. Hər ikisi ilk dəqiqələrdən oynasaydı bu cür effektiv olmayacaqlarını düşünürəm".
Qapılarına penalti təyin olunması ilə bağlı verilən qərara da münasibət bildirən K.Sxadadze bunun düzgün olmadığını qeyd edib:
"11 metrlik cərimə zərbəsinə baxmağa ürəyim dözmədi, ona görə soyunub-geyinmə otağına yollandım. Bu cür oyunda belə 11 metrlik cərimə zərbəsi verilməməli idi. Top çox yaxın məsafədən ələ dəymişdi. Çətin olsa da, həm kubokda, həm də Premyer Liqada sona kimi mübarizə aparmağa çalışacağıq”.
38 dəqiqəyə penta-trik
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü
Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
"Turan Tovuz" - "Kəpəz": Heyətlər
İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər
Qvardiola “Barselona”ya qayıtmayacaq
“Ayxan müəllim bizə bu barədə məlumat vermişdi”
Rafa Mirin həbs cəzası azaldıldı
Ronaldo: "Getdiyim hər yerdə əsl qatillər var idi"
Krivotsyukun komandasından məğlubiyyət
“Neftçi”nin legioneri: “Qış çempionluğu hədəfimizdir”
Mbappe ilə müqavilə uzadıldı
Messi və komandasından MLS-ə erkən vida
“Çelsi”dən ardıcıl üçüncü məğlubiyyət
“Səbail” - “Şimal” matçında 7 qol - Video
Cəlal oynadı, komandası uduzdu
Superliqada 13-cü tura start verildi
“Xankəndi”dən səfər qələbəsi - Video
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi