Əsgər Abdullayev: "Mərhələ keçmək şansımız azdır"

Əsgər Abdullayev: "Mərhələ keçmək şansımız azdır"
XƏBƏR 12 Mart 2014 / 18:38 2478
-  A +

“Rəqibin güclü olduğunu bilirdik. Premyer Liqada öz sözünü demiş, köklü komandadır. Səkkiz ay yarımlıq komanda ilə müqavimət göstərməyə çalışdıq. Qalib gəlmək istəyirdik, amma alınmadı".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Araz Naxçıvan" klubunun baş məşqçisi Əsgər Abdullayev "Xəzər Lənkəran"la kubok oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

Milli komandamızın sabiq baş məşqçisi cavab oyunu haqda da danışıb. O, mərhələni keçmək şanslarının az olduğunu vurğulayıb: "Lənkərandakı oyun da asan olmayacaq. Rəqib çox güclüdür. Şansımız az olsa da, dəyərləndirməyə çalışacağıq. Heyət seçimində səhv etdiyimi düşünmürəm. Hakimdə dəqiqlik, dürüstlük çatışmırdı, bəzi epizodlarda səhv etdiyini düşünürəm. Qapıçımız bu gün yaxşı oynadı, onun gələcəyinə inanıram”.

Daha çox


Son xəbərlər