Pepe Mourinyonun cavabını verdi

Pepe Mourinyonun cavabını verdi
XƏBƏR 12 Mart 2014 / 13:54 2560
-  A +

"Real" (Madrid) klubunun futbolçusu Pepe keçmiş baş məşqçisi Joze Mourinyonun cavabını verib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis Madrid klubunda işlədiyi vaxtlarda komandanın bir çox futbolçusunun oyun başlamadan əvvəl güzgü qarşısına keçərək necə göründüklərinə diqqət etmələrini demişdi.

Portuqaliyalı müdafiəçi isə "Onde Cero" radiosuna açıqlamasında Mourinyonun fikirlərinə cavab olaraq söyləyib:

"Yəqin ki, Mourinyo dünyada səhər oyanarkən güzgüyə baxmayan yeganə insandır".


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu