Ukrayna çempionatı ultramillətçilərə tapşırıldı

Ukrayna çempionatı ultramillətçilərə tapşırıldı
XƏBƏR 12 Mart 2014 / 11:38 1973
-  A +

Futbol üzrə Ukrayna çempionatı matçlarında təhlükəsizliyi ultramillətçilər və hüquq-mühafizə orqanları qoruyacaqlar.

Bu barədə Ukraynanın gənclər və idman naziri Dmitri Bulatov açıqlama verib.
 
O bildirib ki, təhlükəsizlik qüvvələri futbol matçları zamanı insident və təxribatlardan yayınmaq üçün fövqəladə hallarda necə hərəkət edəcəklərinə dair razılığa gəliblər. Nazir çempionatın martın 15-də bərpa ediləcəyini də söyləyib. Həmin gün 21-ci tur çərçivəsində “Metallurq” (Donetsk) – “İlyiçevets”, “Karpatı” – “Volın”, “Dnepr” – “Sevastopol” matçları nəzərdə tutulub.
 
Qalan oyunlar isə martın 16-da olacaq. Həmin gün Simferopol “Tavriya”sı “Dinamo”nu elə Kiyevdəki “Olimpiyski” stadionunda qəbul edəcək (Lent.az).

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə