"Barselona" Martino ilə yolları ayıracaqmı?

"Barselona" Martino ilə yolları ayıracaqmı?
XƏBƏR 11 Mart 2014 / 19:48 2590
-  A +

"Barselona" son zamanlar komandanın uğursuz çıxışı səbəbindən təndiq olunan Xerardo Martino ilə yolları ayırmayacaq.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Kataloniya klubunun prezidenti Josep Mariya Bartomeu açıqlamasında argentinalı mütəxəssisə dəstək olub. O, X.Martinonun "Barselona"dakı işlərindən razı qaldığını deyib:

"Martinonun klubla 2015-ci ilə qədər müqaviləsi var. Onun "Barselona"da uzun müddət çalışmasını istəyirəm".

Qeyd edək ki, Martinonun mövsümün sonunda Kataloniya təmsilçisindən ayrılacağı iddia edilirdi.


Son xəbərlər
29.03.26  22:30

Noyer geri dönür

topaz banner