"Neftçi" "İnter"lə oyuna ciddi itkilərlə çıxacaq

"Neftçi" "İnter"lə oyuna ciddi itkilərlə çıxacaq
XƏBƏR 11 Mart 2014 / 12:43 2120
-  A +

Sabah Azərbaycan kubokunun 1/4 finalının ilk oyununda "İnter"lə qarşılaşacaq "Neftçi" klubunun heyətində itkilər var.

Qol.Az-ın məlumatına görə, qapıçı Saşa Stamenkoviç, yarımmüdafiəçi Cavid İmamverdiyev və müdafiəçi Mahir Şükürov qarşılaşmanı kənardan izləyəcək.

Buna səbəb isə onların cəzalı olmasıdır. Belə ki, ötən mövsüm kubokun final oyununda "Xəzər Lənkəran"la matçda qeyri-etik jest edən Stamenkoviç üç, futbolçular arasında baş verən davada fəal iştirak edən Şükürov altı oyunluq cəzalandırılıb. İmamverdiyevin isə ötən mövsüm "Simurq"la kubok oyununda aldığı cəzası hələ bitməyib.

Qeyd edək ki, "İnter" - "Neftçi" qarşılaşması sabah saat 19:00-da başlayacaq.

Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır