Ramos "Mançester Siti"nin təklifini rədd etdi

Ramos "Mançester Siti"nin təklifini rədd etdi
XƏBƏR 11 Mart 2014 / 12:23 2210
-  A +

"Mançester Siti" "Real"ın futbolçusu Serxio Ramos üçün rəsmi təklif göndərib.

Qol.Az-ın məlumatına görə, bu barədə müdafiəçinin meneceri Rene "Marca"ya açıqlamasında deyib. Bildirib ki, yüksək məbləğli təklif olmasına baxmayaraq, onu rədd ediblər:

"Çünki Ramos istədiyi komandadır. Bu səbəbdən təklifi qəbul etmədik".

Rene Ramosun Madrid klubu ilə müqaviləsinin uzatmasının mümkünlüyünü də ifadə edib:

 "Hər şey klub prezidenti Florentino Perezdən asılıdır. Əgər o istəsə, bununla bağlı danışıqlara başlayacağıq".


Son xəbərlər
29.03.26  22:30

Noyer geri dönür

topaz banner