"Çelsi"də "Qalatasaray"la oyunöncəsi ciddi itki

"Çelsi"də "Qalatasaray"la oyunöncəsi ciddi itki
XƏBƏR 10 Mart 2014 / 14:30 3212
-  A +

"Çelsi" klubu Çempionlar Liqasının 1/8 finalında "Qalatasaray"la cavab qarşılaşmasına ciddi itki ilə çıxacaq.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Premyer Liqada "Tottenhem"lə matçda London klubunun futbolçusu Fernando Torres isinmə hərəkəti edərkən zədələnib.

İspan hücumçunun ən azı 4 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

Qeyd edək ki, Torres ÇL-də "Qalatasaray"la ilk matçda komandasının yeganə qolunu vurmuşdu.


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq