Güvənc Kurtar: "Getmək barədə düşünmürəm"

Güvənc Kurtar: "Getmək barədə düşünmürəm"
XƏBƏR 8 Mart 2014 / 17:42 2522
-  A +

"Xəzər Lənkəran" oyuna yaxşı başladı. Rəqib əla komandadır, bizdən çox güclüdür. Buraxılan qoldan sonra toparlandıq, bərabərlik qolundan sonra isə oyunumuzu əks-hücumlar üzərində qurduq".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Rəvan" klubunun baş məşqçisi Güvənc Kurtar "Xəzər Lənkəran"la baş tutan oyundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib.

Türkiyəli mütəxəssis komandasının yaxşı mübarizə apardığını bildirib: "Komandam yaxşı mübarizə apardı. Yeni komanda yaradırıq, 2 yeni oyunçumuz gəldi. Qapıçımız Kamal Bayramov bu gün yaxşı oynadı. Gənc futbolçuları yetişdirmək istəyirik. Qarşıdakı kubok oyununa ciddi hazırlaşacağıq, növbəti mərhələyə adlamaq istəyirik. KİV-də mənim barəmdə yazılanları oxumamışam.

Buraya futbol adına nəsə etmək üçün gəlmişəm, getmək barədə düşünmürəm. Futbolçuların düzgün qidalanmasına nəzarət edirik. Gənc futbolçulardan Novruz Məmmədov öz üzərində işləsə, yaxşı futbolçu olacaq. Hamı nəticəyə baxır. Uğursuz olaramsa, rəhbərlik məni göndərər. Məşqçinin bəhanəsi olmamalıdır. Nəticə varsa, işinə davam etməlidir, əks halda getməlidir”.

Son xəbərlər