"Qarabağ" "Bakı" ilə oyuna hazırlaşır

"Qarabağ" "Bakı" ilə oyuna hazırlaşır
XƏBƏR 7 Mart 2014 / 17:54 1488
-  A +

Topaz Premyer Liqanın XXV turunda evdə "Bakı"nı qəbul edəcək "Qarabağ" klubu günü tək məşqlə keçirib.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan çalışma 16:30-da start götürüb.

Məşqdə yığma komandalardan dönən futbolçular da iştirak edib. "Qarabağ" sabah keçirəcəyi bir məşqlə "Bakı"yla oyunun hazırlıqlarını tamamlayacaq.

Qeyd edək ki, bazar günü T.Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Bakı" oyunu saat 18:00-da başlayacaq.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır