84-cü Cenevrə Avtomobil Şousunda Peugeot 308 modeli 2014-cü ilin avtomobili seçilib. Avropanın 22 ölkəsini təmsil edən 58 jurnalistdən ibarət jüri nominasiyaya təqdim edilmiş 30 Amerika, Yaponiya, Avropa və Koreya avtomobili arasından məhz Peugeot 308-i bu ada layiq görüb.
Nominasiyanın 7 finalisti arasında BMW i3 və Tesla S kimi elektro-mobillərlə yanaşı, Citroën C4 Picasso, Mazda3, Skoda Octavia və Mercedes S-class modelləri var.
Yeni Peugeot 308 ötən ilin sentyabrında Avropaya təqdim edilib. Fransada Soşo zavodunda istehsal edilən model detal və ehtiyat hissələrinin 50%-dən çoxu Fransaya aid olduğundan "Fransa istehsalına zəmanət" alıb. Bu zəmanət modelin dizayna, texnologiyaya və yeniliklərə tələbkar olduğu kimi, qənaətcilliyi ilə məşhur fransızların zövqünə cavab verdiyini göstərir. "Fransa istehsalına zəmanət" yüksək keyfiyyətə alışmış avropalılara enişli-yoxuşlu Fransa yollarında sınanmış avtomobil təklifidir. Yeni model əvvəlki Peugeot 308-dən dizaynı, texniki xarakteristikaları, dinamika və texnoloji yenilikləri ilə xeyli fərqlənir. Model sinfində heç bir avtomobildə olmayan yüksək dərəcədə təhlükəsizliklə təchiz edilib. 4 mühərrik tipi ilə buraxılan Peugeot 308-in bu yazdan etibarən yeni SW gövdə seçimi də avtomobil həvəskarlarının ixtiyarına veriləcək. Sentyabrdan bəri uğurlu satış rekordu vuran modelə artıq 55000-dən çox sifariş qəbul edilib.
İlin avtomobili adı Avropanın avtomobil sənayesində ən prestijli ad olub, modelin dizaynı, eleqantlıq və dinamikliyi, çəkisinin azaldılmasında tətbiq olunan qabaqcıl texnologiya, innovativ alətlər və nəzarət paketi ilə idarəedilməsi kimi xüsusiyyətlərini əhatə edir.
İlin avtomobili adı uğrunda səsvermədə 307 bal toplayaraq qalib olmuş Peugeot 308-dən sonra, 2-ci ən çox səsi – 223 balı BMW i3 yığıb.
Peugeot brendinin Azərbaycanda rəsmi təmsilçisi Auto Azərbaycan şirkəti yeni Peugeot 308-in Azərbaycan bazarına ilin sonlarına doğru təqdim ediləcəyini bildirib.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi