Futbolda görünməmiş cəza: 28 oyun

Futbolda görünməmiş cəza: 28 oyun
XƏBƏR 7 Mart 2014 / 00:56 2157
-  A +

Vyetnam Futbol Federasiyası (VFF) ölkə çempionatında çıxış edən “Sonq Lam Nqhe An” klubunun müdafiəçisi Tran Dinh Sonqa görünməmiş cəza kəsib.

Həmin futbolçu 28 matçlıq diskvalifikasiyaya və 1200 dollar cəriməyə məruz qalıb. 
 
Səbəb kimi onun “Hunq Vuonq An Gianq”ın yarımmüdafiəçisi Nquyen Anh Hunqdan topu almaq istərkən, onun ayağını sındırması göstərilib. Eyni zamanda, günahkar şəxs ən azı bir il oynaya bilməyəcək zərərçəkənin bütün tibbi xərclərini ödəməlidir.
 
Qeyd edək ki, VFF ağır cəzanı ölkənin futbol meydanlarında futbolçuların aqressiv davranışlarının baş alıb getməsi ilə əsaslandırıb (Lent.az).

Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu