Ukrayna Premyer Liqasının oyunları bərpa olunur

Ukrayna Premyer Liqasının oyunları bərpa olunur
XƏBƏR 6 Mart 2014 / 15:51 1539
-  A +

Ukrayna Premyer Liqasının oyunları martın 15-də yenidən bərpa olunacaq.

Qol.Az-ın məlumatına görə, bu barədə Ukrayna Futbol Federasiyası (UFF) və Premyer Liqa klublarının rəsmiləri arasında keçirilən görüşdə qərar verilib.

Lakin oyunların həftəsonu deyil, həftəiçi keçiriləcəyi nəzərdə tutulur. İlk oyunlar martın 18-20-də baş tuta bilər. Ancaq hələlik bu barədə yekun qərar verilməyib.

Qeyd edək ki, Krımda siyasi vəziyyət stabilləşmədiyindən "Sevastopol"un ev oyunlarını azarkeşsiz keçirəcəyi istisna edilmir.


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu