Azarkeşlər Özili fitə basdı

Azarkeşlər Özili fitə basdı
XƏBƏR 6 Mart 2014 / 10:52 2839
-  A +

Almaniya millisinin futbolçusu Məsut Özilin çıxışı alman azarkeşlərin də narazılığına səbəb olub.

Qol.Az-ın sporx.com-a istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi Çili ilə oynanılan yoldaşlıq görüşündə bir qol ötürməsinə imza atsa da, yaxşı oyun nümayiş etdirməyib. Qarşılaşmanın son dəqiqələrində əvəzlənən futbolçunu azarkeşlər fitə basıb.  Özil bu hadisəyə çox üzülüb.

Qeyd edək ki, "Arsenal"ın şərəfini qoruyan Özil London klubunda da uğursuz çıxışı ilə seçilir.


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu