"Azərbaycan millisini seçdiyim üçün peşman deyiləm"

"Azərbaycan millisini seçdiyim üçün peşman deyiləm"
XƏBƏR 5 Mart 2014 / 00:20 3229
-  A +

“Millidə yeniyəm. Yəqin ki, Filippin üzərində qələbə qazanarıq. Millidə yaxşı futbolçular var".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri milli komandamızın yeni üzvü Toğrul Erat Fillipinlə oyunöncəsi təşkil edilən mətbuat konfransında deyib.

Digər milli komandalarda oynamaq şansının olduğunu deyən türk əsilli futbolçu yığmamıza üstünlük verdiyini və bu seçimində yanılmadığını bildirib: "Gələcəkdə Almaniya və Türkiyə millilərində də oynamaq şansım vardı. Azərbaycanı seçdiyim üçün peşman deyiləm. Hər şeyi fikirləşib, qərar vermişəm. Klubumda vurduğum qolların davamını yığmada da gətirəcəyəm”.

Son xəbərlər
topaz banner