Qalmaqallı “Neftçi” – “Qarabağ” (1:4) oyunundan sonra məğlub komandanın rəsmiləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə görüşüblər.
Qol.Az-ın futbol11.az saytına istinadən yaydığı xəbərə görə, görüşdə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da iştirak edib. Görüş zamanı Azərbaycan derbisində hakimlik edən və kifayət qədər ciddi səhvlərə yol verən Vüsal Əliyev müzakirə mövzusu olub.
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov sayta açıqlamasında bildirib ki, oyun bitdikdən sonra baş məşqçi və klub rəsmiləri ilə PFL-in ofisində olublar: “Xaqani Məmmədov da orada idi. Bütün bu epizodları ortalığa qoyandan sonra, şəxsən beynəlxalq dərəcəli hakim kimi HK-nin sədri Xaqani Məmmədovdan xahiş etdim ki, Almeydanın, Nasimovun, Araz Abdullayevin epizodlarına şərh versin. O da baxdı, bildirdi ki, bunların hamısı yalnış qərarlardır. Və belə olan halda da, mən şəxsən bildirdim ki, bütün bunlar məhz HK-nin sədri olaraq Xaqani Məmmədov tərəfindən ictimaiyyətə çatdırılmalıdır. Çatdırılmayacaqsa, bir daha öz qeyri-obyektivliyinizi ortaya qoyacaqsınız. Yeganə istəyimiz, haqq-ədalətin bərpa olunmasıdır. Belə ədalətsiz hakim qərarları nə “Neftçi”yə, nə də “Qarabağ”a lazımdır. O ki qaldı HK-nə, Xaqani Məmmədov qaydaları mükəmməl şəkildə bilən biri kimi, çıxıb deməlidir ki, Hakimlər Komitəsi hansı quruma tabedir. Və qanunla hansı quruma tabe olmalıdır”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi