Moldova - Azərbaycan matçının hakimləri müəyyənləşdi

Moldova - Azərbaycan matçının hakimləri müəyyənləşdi
XƏBƏR 3 Mart 2014 / 12:44 1675
-  A +

Martın 5-də, Bakı vaxtı ilə saat 17:00-da, Tiraspol şəhərindəki "Şerif" İdman Kompleksində 21 yaşadək futbolçulardan ibarət Moldova və Azərbaycan yığma komandaları arasında keçiriləcək yoldaşlıq matçının hakimləri müəyyənləşib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanı Moldovanı təmsil edən hakimlər Sergey Derenov, Filip Aleksançin, Denis Qala və Yuri Kovtun idarə edəcək.

Son xəbərlər