Dieqo Simeone: "Real"a qalib gələ bilərdik"
"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone La Liqada "Real"la keçirdikləri oyunu şərh edib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı mütəxəssis bərabərə qaldıqları qarşılaşma haqda bunları deyib:
"Bəzilərini narahat etsə də, necə komanda olduğumuzu hər kəsə sübut etdik. Qalib gələ bilərdik. Amma futbolda önəmli olan nəticədir. İlk dəqiqələrdə qapımızdan qol buraxsaq da, əzmkar oyun nümayiş etdirdik. Futbolçularımla qürur duyuram".