Futbol həvəskarlarını bu gün maraqlı qarşılaşmalar gözləyir. Proqnozsevərlər üçün də mərc etməyə xeyli çəkişməli oyunlar var.
Bunun üçün
www.etopaz.az saytının bu günkü proqramına nəzər yetirməniz kifayət edər. Daha çox maraq doğuran görüşlərdən 4-nü seçən
www.etopaz.az saytı həmin matçlara xüsusi status verərək proqrama "təkli oyun" kimi daxil edib. Günün "təkli oyunlar"ından ilk olaraq saat 18-də İtaliya A seriyasının "Torino"-"Sampdoriya" görüşü başlayacaq. 8-ci pillədə qərarlaşan "Torino" xal ehtiyatını artırmaqla avrokuboklara vəsiqə verən yerlərə yüksəlmək istəyir. 13-cü sıradakı "Sampdoriya"nın əsas məqsədi isə B seriyasına düşməməkdir. Tərəflərin öz aralarındakı son 10 görüşündən dördündə heç-heçə qeydə alınıb.
Qalan 6 qarşılaşmada isə tərəflər bərabər sayda qələbə qazanıb.
www.etopaz.az saytı bu dəfəki dueldə doğma meydan və cədvəldəki mövqeyi nəzərə alaraq olaraq meydan sahiblərinə üstünlük verib: "Torino"nun qələbəsi 1.8, heç-heçə 3.3, "Sampdoriya"nın qələbəsi 3.4.
Daha sonra başlayacaq "təkli oyun"u isə günü matçı adlandırmaq olar. Axı, söhbət Madrid derbisindən gedir. Həm də La Liqanın 2 liderinin duelindən. Fevralın 5-dən bu yana bu, "Atletiko" ilə "Real"ın 3-cü qarşılaşmasıdır. Son iki görüş İspaniya Kuboku çərçivəsində baş tutub və "Real" hər iki ma
tçda prinsipial rəqibinə qalib gəlib. İndi isə tərəflər çempionat matçında qarşılaşacaq. Hazırda lider "Real Madrid"dən 3 xal geri qalan "Atletiko" qalib gələcəyi halda yenidən liderliyə şərik olacaq. Əzəli bə əbədi rəqib üzərində qələbə həm də "Atletiko"lu fanatlara "Osasuna"ya ötən həftəki acı məğlubiyyəti unutdura bilər. Saat 20-də başlnacaq Madrid derbisinə
www.etopaz.az saytında canlı da mərc edə bilərsiniz. Hazırda bu qarşılaşma üçün təklif olunan əmsallar belədir: "Atletiko Madrid"in qələbəsi 3.1, heç-heçə 3.3, "Real Madrid"in qələbəsi 1.9. Canlı mərc zamanı isə bu əmsallar oyunun gedişindən və hesabdan asılı olaraq tez-tez dəyişəcək.
Almaniya bundesliqasınnı da bir matçı
www.etopaz.az saytının bu günkü proqramında "tək oyun" statusu alıb. Söhbət bundesliqanın autsayderləri - "Ayntraxt Frankfurt"la "Ştutqart"ın görüşündən gedir. Avroliqada ötən yay bizim "Qarabağ"ı mübarizədən kənarlaşdıran Frankfurt təmsilçisi özü də 3 gün əvvəl "Portu" tərəfindən turnirdən çıxarıldı. Həm "Portu" ilə Avroliqa oyunları, həm də bundesliqa matçları nəzərə alınmaqla "Ayntarxt" son 5 görüşdə qələbə qazana bilmir. "Ayntraxt"dan bir pillə geridə - 15-ci sırada qərarlaşan "Ştutqart"ın vəziyyəti isə daha ağırdır.
Komanda bundesliqanın son 6 turunun hamısında meydanı xalsız tərk edib. Amma bir fakt da var ki, aralarındakı son 10 qarşılaşmanın yalnız birində "Ayntraxt" "Ştutqart"a qalib gəlib. Qalan bütün matçlarda ştutqartlılar ya qalib gəlib, ya da heç-heçə oynayıb. "Ayntraxt"ın öz "qənimi"nə qarşı bu dəfə hansı nəticə əldə edəcəyi maraqla gözlənilir.
www.etopaz.az saytında bu "təkli oyun"un əmsalları belədir: "Ayntarxt"ın qələbəsi 1.9, heç-heçə 3.4, "Ştutqart"ın qələbəsi 3.1.
Və nəhayət, günün ən sonda başlayacaq "təkli oyun"u İtaliya "nəhənglər"inin - "Milan"la "Yuventus"un qarşılaşmasıdır. "Yuventus" ən yaxın izləyicisi "Roma"dan 8, adına yaraşmayan 9-cu yerdə qərarlaşan "Milan"dan isə nə az, nə çox - 31 xal (!!!) öndədir.
Amma onu da unutmayaq ki, hazırda "Yuventus" Avroliqada oynadığı halda, elə həmin o A sriyasında rəzil vəziyyətdə olan "Milan" Avropanın ən nüfuzlu klub turniri sayılan Çempionlar Liqasında mübarizəni davam etdirir. Həm də axı, bu komandaların turnir cədvəlindəki mövqeyinin heç bir əhəmiyyəti yoxdur, oyunun adı - "Milan"-"Yuventus" hər şey deyir. Mövsümün bəzəyi ola biləcək bu qarşılaşma saat 23:45-də başlayacaq. Matça
www.etopaz saytı ilə bir qədər də həyəcan qatmaq istəyənlər bu əmsallarla mərc edə bilər: "Milan"ın qələbəsi 3.1, heç-heçə 3.3, "Yuventus"un qələbəsi 1.9.
Bu yazdıqlarımız yalnız "təkli oyunlar" haqqında idi.
www.etopaz.az saytının bu günkü proqramında "Feyenoord"-"Ayaks" (başlama saatı 17:30), "Brügge"-"Standart" (17:30), "Zaltsburq"-"Rapid Vyana" (19:30), "Anderlext"-"Genk" (21:00), "Olimpiakos"-"Panatinaikos" (21:30) və "Pari Sen Jermen" - "Marsel" (00:00) kimi prinspial matçlara da mərc edə bilərsiniz. Bol şanslar!!!