Luis van Qal Mançinin tənqid etdi

Luis van Qal Mançinin tənqid etdi
XƏBƏR 1 Mart 2014 / 13:44 2778
-  A +

Hollandiya millisinin baş məşqçisi Lui van Qal "Qalatasaray"ın çalışdırıcısı Roberto Mançinini tənqid edib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı məlumata görə, o, italiyalı mütəxəssisi yığmanın futbolçusu Uesli Sneyderi yanlış mövqedə oynatmaqda günahlandırıb:

"Sneyderin sol cinahda deyil, meydanın mərkəzində oynamasını istəyirəm. Amma "Qalatasaray"da onun baş məşqçisi Mançinidir. Bunu o düşünməlidir. Sneyder Robin van Persi, Aryen Robben səviyyəsində bir oyunçudur".

Qeyd edək ki, Hollandiya yığmasının yarımmüdafiəçisi U.Sneyder də açıqlamasında Mançinin onu oynatdığı mövqedən şikayətlənmişdi.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner