Səlcuk İnan: "Çelsi" ilə şanslarımız bərabərdir"

Səlcuk İnan: "Çelsi" ilə şanslarımız bərabərdir"
XƏBƏR 27 Fevral 2014 / 18:56 1831
-  A +

"Qalatasaray" klubununun yarımmüdafiəçisi Səlcuk İnan Çempionlar Liqasının 1/8 finalında dünən baş tutan "Çelsi" ilə oyun (1:1) haqda danışıb.

Qol.Az-ın "Eurosport.com"a istinadən verdiyi məlumata görə, türkiyəli futbolçu artıq mərhələ keçmək şanslarının bərabər olduğunu bildirib:

"Oyuna istədiyimiz kimi başlaya bilmədik. Bunu daha çox qələbə qazanmaq istəyimizlə əlaqələndirirəm. Sərfəli nəticə əldə etmək istəyirdik. Ancaq gözlənilməz top buraxdıq. Bununla belə, toparlanmağı bacardıq. İkinci hissədə çox yaxşı oynadıq. Artıq Londonda mərhələ keçmək şanslarımız bərabərdir. Meydanda bütün gücümüzü qoyaraq qələbə qazanmağa çalışacağıq. İnşallah, turu keçən tərəf biz olarıq".

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması martın 18-də, Londonda keçiriləcək.

Daha çox


Son xəbərlər
topaz banner