"Xəzər Lənkəran" "İnter"lə oyunun hazırlıqlarını tamamladı

"Xəzər Lənkəran" "İnter"lə oyunun hazırlıqlarını tamamladı
XƏBƏR 27 Fevral 2014 / 18:19 1969
-  A +

Sabah öz meydanında Bakının “İnter” komandasını qəbul edəcək “Xəzər Lənkəran” klubu bu oyunun hazırlığını tamamlayıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Lənkərandakı bazanın ehtiyat meydançasında matçöncəsi son məşqə ciddi itkilərlə çıxıb.

Belə ki, Rahid Əmirquliyev, Rasim Ramaldanovla yanaşı əsas heyətin digər daim üzvləri olan Etame Mbilla və Adrian Skarlatake də komanda ilə birgə məşqə qatıla bilməyib. Bir saat 20 dəqiqə davam edən hazırlıq saat 11-də başlayıb və futbolçular taktiki planda müxtəlif çalışmalar yerinə yetiriblər.
 
Xatırladaq ki, XXIV turun “Xəzər Lənkəran” - “İnter”matçı sabah, saat 16-da start götürəcək.

Daha çox


Son xəbərlər
topaz banner