AZAL-da ciddi itkilər

AZAL-da ciddi itkilər
XƏBƏR 27 Fevral 2014 / 18:04 1278
-  A +

Sabah “Rəvan”la oyuna çıxacaq AZAL-ın heyətində ciddi itkilər var.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  Xuan Fransiskodan sonra Samuel Barlay da sıradan çıxıb.

“Xəzər-Lənkəran”la oyunda diz nahiyəsindən ağır zədə alan yarımmüdafiəçi iki həftə məşqə çıxmayacaq. Aparılan müayinədən sonra onun diz bağlarında gərilmə aşkar olunub. Məhz buna görə Samuelin bir müddət istirahət etməsi və həkim nəzarətində müalicə olunması qərara alınıb.

Qeyd edək ki, Aleksandr Şemonayev də cəzalı duruma düşdüyündən sabahkı oyunda meydana çıxa bilməyəcək.

Daha çox


Son xəbərlər
topaz banner