"Qarabağ" "Neftçi" ilə oyuna hazırdır

"Qarabağ" "Neftçi" ilə oyuna hazırdır
XƏBƏR 27 Fevral 2014 / 18:03 1640
-  A +

Topaz Premyer Liqanın 24-cü turu çərçivəsində səfərdə "Neftçi"nin qonağı olacaq "Qarabağ" klubu hazırlıqlarını tamamlayaraq oyun saatını gözləyir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın son məşqi 1 saat davam edib. 

Bütün birinciliklərin iştirakçısı olan tərəflərin ölkə çempionatı çərçivəsində 55-ci qarşılaşma öncəsində "Qarabağ"da bir zədəli futbolçu var ki, o da komandanın albaniyalı müdafiəçisi Admir Telidir.
 
Qeyd edək ki, "Neftçi" - "Qarabağ" oyunu sabah, saat 17:00-da baş tutacaq.

 

Daha çox


Son xəbərlər
topaz banner