Vaqif Sadıqov: "Bizi çox ağır oyun gözləyir"

Vaqif Sadıqov: "Bizi çox ağır oyun gözləyir"
XƏBƏR 27 Fevral 2014 / 17:52 1429
-  A +

AZAL-n baş məşqçisi Vaqif Sadıqov klubun rəsmi saytına “Rəvan”la sabahkı oyun haqda açıqlama verib.

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis rəqib haqda müsbət fikirlər səsləndirib:”Rəvan”ın “Qəbələ” ilə səfər oyununa baxdım. Deyə bilərəm ki, bu komandanın heyətində yer alan hər bir futbolçu nə etdiyini bilir. Görünür ki, biz yaxşı formalaşmış komandaya qarşı mübarizə aparacağıq".
 
V.Sadıqov komandanın bir neçə aparıcı futbolçusunun xidmətindən məhrum olduğunu və bu səbəbdən onları çətin qarşılaşma gözlədiyini deyib: "Bizi çox ağır oyun gözləyir. Biz bu matça ciddi hazırlaşırıq. Heyətdə itkilər var. Şemonayev cəza, Xuan və Samuel Barlay isə zədə səbəbindən oynamayacaqlar. Bütün bunlara rəğmən sabah qələbə üçün meydançaya çıxacağıq”.

Qeyd edək ki, "Rəvan" - AZAL matçı sabah saat 19:00-da start götürəcək.

Daha çox


Son xəbərlər
topaz banner