Sabah Premyer Liqanın XXIII turunun mərkəzi matçı, şübhəsiz, “Neftçi” – “Qarabağ” qarşılaşmasıdı.
Hazırkı duruma görə “Qarabağ” turnir cədvəlinin lideridi (45 xal), “Neftçi” isə ondan 6 xal geridə, 4-cü yerdədi.
Bu ildən dörddövrəli sistemin tətbiqi göstərir ki, sabit, uzun müddət liderlikdə qalan komanda yoxdu. Bu tura qədər cədvələ başçılıq 7 dəfə dəyişib.
Hələ noyabrda yazmışdıq ki, bu mövsüm çempionluğa ən real namizəd “Qarabağ” görünür. Məsələ futbolyönlü baxışdan başqa, çempionatın “iqlimindən” də asılıdı və obyektivlə subyektiv daxil olmaqla, bütün müşahidə və ehtimallarımızı toplayıb belə qənaətə gəlmişdik.
Bunu qabartmağımız əbəs deyil. Hər noyabr ayında proqnoz tipli məqalə yazıb, 3 mövsümdü ki, “Neftçi”nin çempion olacağını bildiririk (Yəqin gələn il eləmərik: doğru çıxır və falçılığa oxşayır, özümüzdən şübhələnirik – müəl.). Yalnız ötən mövsüm bidirmişdik ki, “Qarabağ” mənasız xal itkiləri eləməsə, çempionluq mübarizəsinə şərik saymaq olar...
Nəsə, məsələ budu ki, artıq yeni mövsümdü və yarısını geridə qoymuşuq. “Qarabağ”ın çempionluğunu ona görə real hesab edirik ki, heyəti son 4 iddialı ilində bu qədər geniş, çoxçeşidli və bərkimiş-oturuşmuş olmamışdı. Həm də keçən illərdə, ciddi dəyişiliklər olmadan, bu heyət çempionatla paralel avroliqalarda kifayət qədər təcrübə toplayıb və s.
Haşiyə: baxmayaraq, daha yaxşı nəticə “Neftçi“dədi.
Bu, işin futbolyönlü qısa panoramı.. o tərəfini isə bir az xırdalayaq.
“Neftçi”nin son üç mövsümü çempion bitirməsi birmənalı qarşılanmırdı. Yalnız ötən mövsümü çıxmaqla; ondan əvvəlkilərdə isə ictimaiyyət, media narazı idi. “Neftçi”yə layiq olduğu vərəqələr göstərilmirdi, niyəsə hakim təəssübkeşliyi var idi və bu, “ağ-qaraların” gücünə güc qatırdı və s.
Bu mövsüm isə “Neftçi”yə göstərilməli olan sarı-qırmızı kartlar o vaxt “Xəzər Lənkəran”a göstərilən “iştahla” göstərilir. Göstərilənlərdən görürük ki, layiq olan kartlar gəldikcə, “Neftçi”nin izləyici rəqiblərindən birbaş üstün olması fikri sandığa atılmalıdı.
Bu komandanın bu mövsüm aşağıya “sürüşməməsinin” tək səbəbi heyətin oturuşması və təcrübəli olmasıdı. Yoxsa bu il “Neftçi” üçün bərbad nəticələrlə yadda qalardı.
Sabahkı matç çempionatın aurasını dəyişə biləcək qədər vacib, əhəmiyyətlidi. Ən əvvəl hakim təyinatının ən həssas mövzu olduğunu bilirik. Bundan başqa, “Neftçi”nin “Qarabağ”a acığı var. Bu, çox bərk acıqdı və elə təxminən qarşılığı da var və elə o qədərdi ki, az deyil...
Bu, Böyükağa Haciyevin hikkəsi, vitse-prezident Tahir Süleymanovun məlum-məşum əsəb tonunun yığılıb dağa dönməsi, ən nəhayət, prezident Sadıq Sadıqovun özünütəsdiqi MƏQAMINA çevrilsə, heç nə.. elə bildiz, dava-qırğın olacağını yazacam?
Bilirsizmi, bu iki komanda arasında dava düşməz. Keçək üstündən...
Ən azı, çox gərgin, sürətli, amansız mübarizənin şahidi olacağıq. Belədə Qurban Qurbanovla Böyükağa Haciyevin məşqçi xarakterləri daha qabarıq ortaya çıxmış olacaq.
Bu oyunda start heyət amili və əvəzetmələr ən həlledici detal olacaq. Taktika sarıdan ciddi fərq qabarmayacaq (ikisi də açıq futbola üstünlük verir), çünki yerli məşqçilər, aşağı-yuxarı, bir-birinə oxşar üslubda oynadırlar - Vaqif Sadıqov xaric. Yəni ən azı, sabah hansısa məşqçinin 4-2-1-3 ekstravaqandı və ya 4-4-2 iddiası ilə meydana çıxacağını düşünmürəm.
Sizə “Neftçi”nin “Qarabağ”ı peşman eləmək arzusunu bir daha olduğunu xatırladıb, keçək niyəsinə. Bu klubun rəhbərliyi inadkar rəqibi sevmir. “Qarabağ” bu il heç vaxt olmadığı qədər inad göstərir çempionluğa və bu yolda məhz elə “Neftçi”ni udub, fenomeni və taxtı ələ keçirmək niyyətindədi.
Bir-birinə diş qıcayan rəqiblər, adətən, gülümsəyərlər. Böyükağa Haciyevin gülümsəməyində min çalar, Qurbanovunkundaysa məmnunluq özünü büruzə verir. Heç-heçə olmasa... hmm, məsələ bundadı.
Haciyevin ani qərarları var. Qurbanovda isə ehtiyat yönü daha işləkdi. Bu 11-liklərin patronları aşkar futbol mübarizəsi göstərə biləcəklərmi...
Elçin CƏLİLOV,
Futbolpress.az
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu