"Komanda şəklində əla oyun nümayiş etdirdik. Hər şeydən razı qaldım. Hücum xəttimiz çox təhlükəlidir".
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk qarşılaşmasında "Şalke"yə 6:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Təcrübəli mütəxəssis ötən yay 100 milyon avroya transfer etdikləri Qaret Beylin çıxışını da dəyərləndirib:
"Beyl bu mövsüm ən yaxşı oyununu keçirdi. Artıq özünə daha çox inanır və necə bir futbolçu olduğunu sübut edir".
Qeyd edək ki, sözügedən görüşdə Beyl iki qol vurub.
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı