Lempard: "Nəticədən razı deyilik"

Lempard: "Nəticədən razı deyilik"
XƏBƏR 27 Fevral 2014 / 11:00 1978
-  A +

"Çelsi"nin futbolçusu Frənk Lempard Çempionlar Liqasının 1/8 finalında "Qalatasaray"la oyundan (1:1) sonra açıqlama verib.
 
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, görüşün nəticəsindən razı qalmayıb:

"İlk oyun başa çatdı. Bizim üçün möhtəşəm matç keçdiyini söyləyə bilmərəm. Rəqibin çox yaxşı azarkeşləri var idi. Güclü bir komandaya qarşı oynadıq. Amma nəticədən razı deyilik".

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması martın 18-də, Londonda keçiriləcək.

Daha çox


Son xəbərlər
topaz banner