"Qalatasaray"ın futbolçusu Didye Droqba Çempionlar Liqasının 1/8 finalında "Çelsi" ilə baş tutan oyunu (1:1) şərh edib.
Qol. Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Droqba bərabərə qaldıqları qarşılaşma haqda bunları deyib:
"Keçmiş komanda yoldaşlarıma qarşı oynamaq mənim üçün çətin oldu. Oyun yaxşı keçdi. İstədiyimiz nəticəni əldə etdik. "Çelsi"yə problem yarada biləcəyimizi göstərdik. Ümid edirəm ki, səfərdə yaxşı nəticə əldə edəcəyik".
Növbəti mərhələyə çıxmaq şanslarını da dəyərləndirən Droqba bildirib ki, "Çelsi" səddini aşa bilərlər: "Bu oyunda qol vurmaq istərdim. Amma hələ bir matçımız var. İngiltərədə növbəti mərhələyə keçmək çətin olacaq. Amma hələ də şansımız var"
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması martın 18-də, Londonda keçiriləcək.
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı